“Barselona” “Bavariya”nın yarımmüdafiəçisi Tiaqo Alkantaradan əl çəkmir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, kataloniyalılar ulduz futbolçu üçün növbəti dəfə qarşı tərəfin qapısını döyməyə hazırlaşır.
Yeni baş məşqçi Niko Kovaçın planına daxil olmayan Tiaqonu Bundesliqa çempionu 70 milyon avroya satmağı planlaşdırır. “Barsa” isə öz yetirməsinin keçidi müqabilində 50 milyon avro və müdafiəçi Lük Dini təklif edəcək. Kubların bu keçiddə ortaq məxrəcə gəlməsi gözlənilir.
Qeyd edək ki, Tiaqo Alkantara 2008-2013-cü illərdə “Barselona”nın heyətində 100 oyun keçirib.