[b]Baş məşqçi milli ilə müqaviləni uzatmaqdan imtina etdi [/b]
27.07.2018 - 10:01
[b]Baş məşqçi milli ilə müqaviləni uzatmaqdan imtina etdi
[/b]

Xuan Karlos Osorio baş məşqçisi olduğu Meksika millisi ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis müqaviləsini uzatmaqdan imtina edib.

 

Buna Osorionun Kolumbiya və ABŞ yığmalarından təklif alması səbəb olub. Lakin kolumbiyalı mütəxəssis vətənindən daha çox ABŞ-da işləmək arzusundadı.

 

Qeyd edək ki, Meksika millisi DÇ-2018-də 1/8 finala qədər irəliləyib.