[b]Baş məşqçi millimizin futbolçusunu bəyəndi[/b]
02.07.2018 - 12:32
[b]Baş məşqçi millimizin futbolçusunu bəyəndi[/b]

Azərbaycanın gənclər millisinin futbolçusu Ozan Can Kökcü “Bursaspor”da möhkəmlənir. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

 

“Valveyk”dən icarədən qayıdan 19 yaşlı yarımmüdafiəçi “ağ-yaşıllar”ın təlim-məşq toplanışında özünü fəal göstərməyi bacarır. Yeni baş məşqçi Samet Aybaba hazırlığın başa çatan ilk mərhələsində məmnun qaldığı oyunçuların adlarını açıqlayıb. O, gənc futbolçulardan Çağatay Yılmaz, Əmirhan Aydoğan, Furkan Əmrə Ünvər və Ozan Can Kökcünü bəyəndiyini, yeni mövsümdə onlardan çox şey gözlədiyini bildirib.

 

Qeyd edək ki, Ozan Can Kökcünün “Bursaspor”la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

0