[b]BATE - HİK matçında qol olmadı, "Ayaks"dan qələbə - YENİLƏNİB[/b]
26.07.2018 - 00:44
[b]BATE - HİK matçında qol olmadı, "Ayaks"dan qələbə - YENİLƏNİB[/b]

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 5 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, bununla da ilk oyunlara yekun vurulub.

 

“Qarabağ”la yanaşı, Azərbaycan çempionunun III təsnifat mərhələsindəki potensial rəqibləri də meydana çıxıb. Belə ki, HİK Belarusda BATE-nin qonağı olub. Çempionumuzun oyununda olduğu kimi potensial rəqiblərinin qarşılaşmasında da azarkeşlər qola həsrət qalıblar - 0:0.

 

“Ludoqorets” doğma arenasında “Videoton”un müqavimətini qıra bilməyib - 0:0.

 

“Şturm” isə Hollandiyada “Ayaks” sınağında 2 cavabsız qola üzülüb - 0:2.

 

Son qarşılaşmada “Seltik”lə “Rusenborq” Şotlandiyada üz-üzə gəliblər. Meydan sahibləri 3:1 hesablı qələbəyə seviniblər.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

25 iyul

 

BATE (Belarus) - HİK (Finlandiya) - 0:0

 

“Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan) - 0:0

 

“Ludoqorets” (Bolqarıstan) - “Videoton” (Macarıstan) - 0:0

 

“Ayaks” (Hollandiya) – “Şturm” (Avstriya) - 2:0

Qollar: Ziyeç, 15, Şone, 57

 

“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) - 3:1

Qollar: Eduard, 43, 75, Ntçam, 46 - Melinq, 16