[b]"Bavariya" "İnter"in təklifini rədd etdi[/b]
24.07.2018 - 14:33
[b]"Bavariya" "İnter"in təklifini rədd etdi[/b]

“İnter” Arturo Vidalın transferi ilə bağlı “Bavariya” ilə danışıqları davam etdirir. Apasport.az saytının “Corriere dello Sport”a istinadən məlumatına görə, Milan təmsilçisi çilili futbolçuya görə 20 milyon avro təklif edib.

 

Təklif “Bavariya” tərəfindən rədd edilib. Münhen klubu Vidal qarşılığında 30 milyon avro tələb edir.

 

“İnter”lə yanaşı, “Milan” da 31 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdı.

 

Qeyd edək ki, Arturo Vidal üç il öncə 37,5 milyon avro müqabilində “Yuventus”dan “Bavariya”ya transfer olunmuşdu.

0