“Bavariya” Levandovskiyə qiymət qoydu – 200 milyon
06.06.2018 - 17:30
“Bavariya” hücumçusu Robert Levandovski ilə yollarını ayırmaq niyyətində deyil. Apasport.az saytının “Sport Bild”ə istinadən məlumatına görə, Münhen klubu polşalının agenti Pini Zahaviyə 200 milyon avrodan aşağı təklifləri qəbul etməyəcəklərini deyib.
Levandovski özü karyerasını “Real”da davam etdirmək istəyir. “Çelsi” və PSJ də onu transfer etmək istəsələr də, forvard Madrid klubuna keçidində maraqlıdı.
Qeyd edək ki, Zahavi daha öncə Levandovskinin yayda “Bavariya”nı tərk etmək fikrində olduğu barədə xəbər yaymışdı.
0
0