“Bavariya” idarə heyətinin sədri Karl-Haynts Rummenigge yarımmüdafiəçi Tiaqo Alkantaranın komandadan ayrılacağına dair xəbərlərə münasibət bildirib. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, klub rəsmisi ispan futbolçunun Münhen təmsilçisini tərk etməsinin ehtimal daxilində olmadığını deyib.
”Tiaqo bizim üçün önəmli oyunçudu. Onun komandadan ayrılmasının mümkün olduğunu heç vaxt deməmişik. Belə bir şeydən söhbət belə gedə bilməz” – deyə, Rummenigge bildirib.
Qeyd edək ki, “Barselona”, “Real” və “Mançester Yunayted” kimi klubların adları Tiaqo Alkantara ilə birlikdə hallanır.