[b]"Bavariya" və "Çelsi"nin istədiyi futbolçu "Real"ın hədəfində[/b]
24.07.2018 - 10:08
[b]"Bavariya" və "Çelsi"nin istədiyi futbolçu "Real"ın hədəfində[/b]

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Kristian Pulişiç daha bir nəhəng klubun diqqət mərkəzinə düşüb. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, “Bavariya” və “Çelsi”dən sonra “Real” 19 yaşlı futbolçu uğrunda mübarizəyə qoşulub.

 

Madrid klubu Pulişiçi “Çelsi”nin yarımmüdafiəçisi Eden Azarın alternativi qismində görür.

 

Amerikalı futbolçunun mümkün transferi 67 milyon avro dəyərində qiymətləndirilir.