[b]"Bavariya" Vidalla yollarını ayırmağa hazırdı[/b]
26.07.2018 - 15:47
Arturo Vidal iş yerini dəyişmək üzrədi. Apasport.az saytının “Corriere dello Sport”a istinadən məlumatına görə, “Bavariya” çilili futbolçu ilə yollarını ayırmağa hazırdı.
“İnter” Vidal uğrunda gedən mübarizədə favorit hesab olunur. Milan klubu Çempionlar Liqası ərəfəsində heyətini gücləndirmək fikrindədi. “Bavariya” isə Vidal qarşılığında 30 milyon avro tələb edir.
Vidal 2015-ci ildən etibarən Münhen təmsilçisinin şərəfini qoruyur. Onun “Bavariya” ilə olan müqaviləsi 2019-cu ilə kimi nəzərdə tutulub
0
0