“Bavariya”dan 14 milyonluq transfer
06.12.2023 - 09:22
“Bavariya”dan 14 milyonluq transfer

“Bavariya” heyətinə yeni futbolçu qatmağa yaxındır.

Apasport.az xəbər verir ki, Almaniya klubu Brayan Saraqosanı transfer edəcək.

22 yaşlı vinger üçün “Qranada”ya 14 milyon avro ödəniləcək. Bu, futbolçunun müqaviləsində göstərilən sərbəstqalma məbləğidir. Saraqosa ilə 4 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, yarımmüdafiəçinin xidmətində “Brentford” və “Leypsiq” də maraqlıdır. 
 

0