“Bavariya”dan Kanselu qərarı
16.05.2023 - 16:31
“Bavariya”dan Kanselu qərarı

“Bavariya”nın Joao Kanselu ilə bağlı qərarı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu icarəyə götürdüyü müdafiəçi ilə vidalaşmağa üstünlük verib.

Münhenlilər “Mançester Siti”yə məxsus futbolçunun transferi üçün ödənilməli olan 70 milyon avronu verməyə ehtiyac duymur. 28 yaşlı müdafiəçinin Mançester təmsilçisinə qayıdacağı gözlənilir.

Amma İngiltərə klubu onu satmaq və ya icarəyə verməyi planlaşdırır. Onun xidmətində “Barselona” və “Arsenal” maraqlıdır.

Qeyd edək ki, Joao mövsümün 19 matçında 1 qol vurub.

0