“Tyançzin Çyuançzyan” klubunun yarımmüdafiəçisi Aksel Vitsel bir sıra Avropa nəhənglərinin diqqət mərkəzindədi. Apasport.az saytının “Le Parisien”ə istinadən məlumatına görə, belçikalı futbolçu son olaraq PSJ-nin maraq dairəsinə düşüb.
Paris klubu “Zenit”in sabiq xavbekini, karyerasını bitirən və PSJ-nin aşağı yaş qruplarından birində məşqçi kimi çalışmağa başlayan Tiaqo Mottanın əvəzedicisi qismində görür. Yaxın günlərdə PSJ-nin Çin klubuna rəsmi təklif göndərəcəyi gözlənilir.
PSJ ilə yanaşı, Dortmund “Borussiya”sı da Vitseli heyətində görmək istəyir.
Aksel Vitsel Rusiyada keçirilən dünya çempionatında bürünc medala sahib çıxan Belçika millisinin heyətindəki çıxışı ilə diqqətləri üzərinə çəkmişdi.
- "Nottingem" transfer çalışmalarına start verdi: "Yuventus"dan iki hücumçu
- Fransalı futbolçu komandada qalacaq: PSJ onu satmaq niyyətində deyil
- “Leypsiq”in yeni baş məşqçisi müəyyənləşib
- “Real Madrid” futbolçusu üçün qiymət təyin etdi: 90 milyon avro
- “Liverpul”un sabiq futbolçusunun yeni komandası müəyyənləşib