Bellinqem oyunun ən yaxşısı seçildi - İngiltərəni 1/4 finala daşıdı
06.07.2026 - 08:02
Bellinqem oyunun ən yaxşısı seçildi - İngiltərəni 1/4 finala daşıdı

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem DÇ-2026-nın 1/8 finalında Meksikaya qarşı keçirilən görüşün ən yaxşı futbolçusu seçilib.

Apasport.az xəbər verir ki, FIFA 22 yaşlı futbolçunu matçın ən yaxşı oyunçusu adına layiq görüb.

Bellinqem İngiltərənin Azteka stadionunda Meksika üzərində 3:2 hesablı qələbə qazandığı qarşılaşmada vurduğu 2 qol ilə komandasının 1/4 finala yüksəlməsində mühüm rol oynayıb.

Qeyd edək ki, İngiltərə 1/4 finalda Norveç millisi ilə qarşılaşacaq.