Benzema yayda Avropaya dönə bilər
06.04.2024 - 14:24
Benzema yayda Avropaya dönə bilər

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema yayda Səudiyyə Ərəbistanını tərk edə bilər.

Apasport.az xəbər verir ki, bu barədə futbolçunun sözlərini məşhur insayder Fabrizio Romano yazıb. 

“Avropaya qayıtmaq? Gəlin nəzər salaq. Hazırda bütün diqqətimi “Əl-İttihad”da oynamağa yönəldirəm. Ancaq gələcəkdə nə olacağını hələ bilmirəm. Hər gün müxtəlif xəbərlər gəlir. Gəlin görək nə baş verəcək”, - o bildirib. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatının bu mövsümündə Benzema 9 qol vurub və 7 məhsuldar ötürmə edib. 36 yaşlı hücumçu hazırkı klubundakı mövqeyindən narazıdır.

0