“Beşiktaş” “Hatayspor”un sabiq futbolçusu ilə razılaşdı
11.02.2023 - 15:16
Transfer çalışmalarını davam etdirən “Beşiktaş” daha bir hücumçu ilə razılıq əldə edib.
Apasport.az saytı xəbər verir ki, İstanbul klubu 2020/21 mövsümündə “Hatayspor”da oynamış 26 yaşlı Aaron Bupendza ilə 3 illik müqavilə imzalamağı planlaşdırır.
Zədəli olduğu bildirilən Qabon millisinin hücumçusu yeni komandasında illik 1,2 milyon avro maaş alacaq.
Qeyd edək ki, hazırda Aaron Bupendzanın menecerləri Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubundan oyunçunun transfer vərəqini almağa çalışırlar. Futbolçunun sərbəst status qazanmasından sonra müqavilə rəsmiləşəcək.
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0