“Beşiktaş” prezidentinin oğlu ölümdən dönüb
19.05.2025 - 17:56

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Serdal Adalının oğlu Celal Alaz Adalı ölümdən dönüb.
Apasport.az xəbər verir ki, İstanbulda avtomobili ilə hərəkət edən Celal Alazın maşını qəfil alovlanaraq yanmağa başlayıb.
Yerli mətbuatın yaydığı məlumata görə, hadisə zamanı xəsarət alan olmasa da, avtomobil tamamilə yararsız hala düşüb.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.
0
0