[b]“Beşiktaş” qapıçısını Premyer Liqa klubuna satdı[/b]
24.07.2018 - 21:31
“Beşiktaş”ın qapıçısı Fabri karyerasını İngiltərədə davam etdirəcək. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, ispaniyalı qolkiper “Fulhem”ə keçib.
31 yaşlı qapıçı yeni komandası ilə 3+1 illik müqavilə imzalayıb. Bu keçid Premyer Liqa təmsilçisinə 6 milyon avroya başa gəlib.
Qeyd edək ki, Fabri “Beşiktaş”a 2016-cı ildə “Deportivo”dan keçmişdi.
0
0