“Beşiktaş”a daha bir namizəd
25.12.2023 - 12:31
Məşqçi axtarışlarını davam etdirən "Beşiktaş"da son namizəd portuqaliyalı mütəxəssis Leonardo Jardim olub.
Apasport.az xəbər verir ki, Qətərin “Ər Rayyan” komandasından ayrılmağa hazırlaşan 49 yaşlı məşqçi idarəçilər tərəfindən “ağ-qaralar”a tövsiyə olunub.
Təcrübəli məşqçinin illik 3,5 milyon avro maaş istədiyi öyrənilib. Onun üçün ilk mərhələdə açıqlanan illik maaşın məqbul olmadığı, danışıqlar nəticəsində orta yolun tapıldığı bildirilib.
Qeyd edək ki, “Beşiktaş”ın baş məşqçisi postuna namizədlərin ilkin siyahısında 8 mütəxəssis yer almışdı.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
2
0