"Beşiktaş"dan 2 transfer - Rekord məbləğ
10.02.2024 - 00:19
"Beşiktaş"dan 2 transfer - Rekord məbləğ

Türkiyə Superliqa təmsilçilərindən "Beşiktaş” Polşa “Legiya”sında çıxış edən yarımmüdafiəçi Ernest Muçini heyətinə qatıb.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi albaniyalı futbolçu ilə 3,5 illik müqavilə imzalayacaq.

"Qara qartal" onun üçün Polşa klubuna 10 milyon avro transfer haqqı ödəyəcək.

Bu məbləğ klub tarixində transfer rekordu sayılır. 

Muci cari mövsüm "Legiya" formasıyla 34 matçda 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

"Ağ-qaralar" həmçinin "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Braqa"nın liviyalı yarımmüdafiəçisi Al-Musratini də icarə əsasında heyətinə qatıb.

"Beşiktaş" 26 yaşlı futbolçunu icarə müddətinin sonunda birdəfəlik transfer etmək hüququna da sahibdir. 

0