“Beşiktaş” “Kayserispor”un yarımmüdafiəçi Onur Bulutu transferini rəsmiləşdirib.
Apasport.az saytı xəbər verir ki, 29 yaşlı oyunçu sabiq klubu ilə müqaviləsini tək tərəfli ləğv edərək İstanbul təmsilçisi ilə 3,5 illik razılaşma imzalayıb.
“Beşiktaş”ın bu keçidi rəsmiləşdirməsi qarşı tərəfin narazılığı ilə qarşılanıb. Bu, Bulut bu günlərdə Kayseri təmsilçisi ilə sövdələşməsini daha 3 il artırmasından irəli gəlir. Klub rəsmiləri yeni anlaşmada isə “müqavilənin tək tərəfli ləğvi” maddəsi olmadığını iddia edərək, transferə etirazlarını bildiriblər.
Türkiyə Futbol Federasiyası hələlik iddialara rəsmi açıqlama verməyib.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”