[b]Boatenq PSJ-yə keçir[/b]
25.07.2018 - 10:03
“Bavariya”nın müdafiəçisi Jerom Boatenq karyerasını Fransa Liqa 1-də davam etdirməyə yaxındı. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, 29 yaşlı futbolçunun transferi ilə bağlı klublar arasındakı danışıqlar yekun mərhələyə qədəm qoyub.
Boatenqin PSJ-yə keçidinin yaxın günlərdə açıqlanacağı gözlənilir. Mümkün transfer 60-70 milyon dəyərində qiymətləndirilir.
Qeyd edək ki, daha öncə PSJ Almaniya millisinin üzvünə görə 50 milyon avro təklif etsə də, “Bavariya” 80 milyon avro qarşılığında oyunçu ilə yollarını ayırmağa hazır olduğunu bidlirmişdi.
0
0