Bonuççi üçün Almaniya variantı
23.08.2023 - 01:27
Leonardo Bonuççi Almaniya təmsilçisi “Union Berlin”ə keçə bilər.
Apasport.az-ın məlumatına görə, italiyalı müdafiəçi qarşıdakı iki gün ərzində son qərarını verəcək.
“Yuventus”un transferə çıxardığı təcrübəli müdafiəçi özünə yeni klub tapa bilməyib. Turin klubu Bonuççinin “Union Berlin”ə keçidinə “yaşıl işıq” yandırıb. Amma 36 yaşlı futbolçu bu transferə müsbət cavab verməyib. Onun qərarından sonra danışıqlara yekun vurulacaq.
Qeyd edək ki, Leonardo “Yuventus”un heyətində 500-dən çox oyun keçirsə də, komandanın heyətindən uzaqlaşdırılıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0