Bosniyada səkkiz, Moldovada altı qol
11.08.2023 - 01:08
Bosniyada səkkiz, Moldovada altı qol

UEFA Avropa Liqası III təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Apasport.az saytı xəbər verir ki, günün ən məhsuldar görüşü Bosniya və Hersoqovinada baş tutub.

“Jrinski” – “Breydablik” matçında qapılara 8 qol vurub. Meydan sahibləri islandiyalı həmkarlarının qapısından 6 top keçiriblər.  

“Şerif” öz meydanında “Bate”dən güclü olub. Tiraspol klubu rəqibinə 5:1 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, mərhələnin cavab görüşləri bir həftə sonra keçiriləcək.

UEFA Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
10 avqust


“Qarabağ” (Azərbaycan) – HİK (Finlandiya) – 2:1
“Jalgiris” (Litva) – “Haken” (İsveç) – 1:3
“Şerif” (Moldova) – “Bate” (Belarus) – 5:1
“Slaviya” (Çexiya) – “Dinpro-1” (Ukraya) – 3:0
“Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika) – 1:0
“Jrinski” (Bosniya və Hersoqovina) – “Breydablik” (İslandiya) – 6:2
 

0