[b]Braziliyadan böyükhesablı qələbə[/b]
10.06.2018 - 20:06
[b]Braziliyadan böyükhesablı qələbə[/b]

Dünya çempionatına hazırlaşan Braziliya yığması yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, “pentakampeonlar” Avstriya ilə qarşılaşıb.

Vyanada baş tutan görüş cənubi amerikalıların böyükhesablı qələbəsi ilə nəticələnib – 3:0. Braziliyanın heyətində Qabriel Jezuş 36, Neymar 63, Filip Koutinyo isə 69-cu dəqiqədə fərqlənib.

Qeyd edək ki, Braziliya yığması dünya çempionatında Serbiya, İsveçrə və Kosta-Rika ilə bir qrupda mübarizə aparacaq.