[b]Braziliyalı futbolçu “Kəpəz”i “Neftçi”yə dəyişdi[/b]
11.06.2018 - 19:29
[b]Braziliyalı futbolçu “Kəpəz”i “Neftçi”yə dəyişdi[/b]

“Neftçi” daha bir transferi rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Dario Federikonu heyətinə cəlb edib.

 

Son mövsümü Premyer Liqanı tərk etmiş “Kəpəz”də keçirən braziliyalı yarımmüdafiəçi ilə 1 illik anlaşma imzalanıb.

 

O, yeni klubunda 10 nömrəli forma ilə çıxış edəcək.