Bremer "Yuventus"la bağlı qərarını açıqladı
01.08.2023 - 00:54
Qleyson Bremer "Yuventus"u tərk etməyəcək.
Apasport.az saytı xəbər verir ki, 26 yaşlı braziliyalı müdafiəçi Turin klubunda xoşbəxt olduğunu deyib.
İngiltərədən “Tottenhem” və İspaniyadan “Atletiko”nun diqqətini cəlb edən arxa xətt oyunçusu “qoca sinyora”nın heyətində qalmağa qərar verib. İtaliyadakı həyatından razı olduğunu deyən Qleyson komandasını dəyişmək üçün hər hansı bir səbəbinin olmadığını vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin iyulundan "Yuventus"da çıxış edən Bremer son mövsümündə 43 oyuna 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0