[b]“Bu komandanı ona görə seçdim ki...” – Əfran İsmayılov[/b]
09.06.2018 - 14:09
[b]“Bu komandanı ona görə seçdim ki...” – Əfran İsmayılov[/b]

“Sumqayıt”la razılıq əldə etmişəm. 1 illik müqaviləyə qol çəkəcəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt”ın yeni transferi Əfran İsmayılov deyib.

Mövsüm başa çatdıqdan sonra “Qarabağ”la yollarını ayıran milli komandamızın üzvü ölkə xaricindən, xüsusən də, Türkiyədən təklif almasına baxmayaraq, “Sumqayıt” variantına üstünlük verib. Yarımmüdafiəçi seçimini bu cür əsaslandırıb: “Başqa təkliflər var idi. Onlardan biri də Türkiyə Superliqa təmsilçisi idi. Lakin bəzi nüanslara görə, “Sumqayıt”a üstünlük verdim. Klub rəhbərliyi ilə bütün şərtlərdə ortaq məxrəcə gəldiyimiz üçün belə bir seçim etdim. Eyni zamanda baş məşqçi Nazim Süleymanovla da bir yerdə işləmişəm, çox istədiyim məşqçidi. Maraqlı komandamız olacaq”.

Qeyd edək ki, “Sumqayıt” Əfran İsmayılovla yanaşı, Elvin Məmmədov, Şəhriyar Əliyev və Yusif Nəbiyevi də heyətinə qatıb.