[b]Buffon PSJ karyerasına məğlubiyyətlə başladı[/b]
15.07.2018 - 16:17
Canluici Buffon PSJ ilə ilk matçına çıxıb. Apasport.az saytının məlumatına görə, italiyalı qapıçı debüt oyununda iki qol buraxıb.
Belə ki, Fransa Liqa 3 təmsilçisi “Şambli” ilə qarşılaşmada matça start heyətində başlayan Buffon ilk hissədə meydanda olub və biri penaltidən olmaqla 2 dəfə məyus olub. Komandası isə 2:4 hesabı ilə uduzub.
Qeyd edək ki, 40 yaşlı qapıçı PSJ ilə 1+1 illik müqavilə imzalayıb.
0
0