Burak Yılmaz istefa verdi
10.11.2023 - 15:28
Burak Yılmaz istefa verdi

Türkiyə Super Liqasında növbəti istefa gerçəkləşib.

Apasport.az xəbər verir ki, “Beşiktaş” müvəqqəti baş məşqçisi Burak Yılmazla yollarını ayırıb.

Gənc mütəxəssis uğursuz nəticələr üzündən istefa verib. O, Avropa Liqasının “Bodo Qlimt”lə matçındakı 1:2 hesablı məğlubiyyətdən sonra postu ilə vidalaşıb.

Qeyd edək ki, Şenol Günəşin istefasından sonra bu vəzifəyə təyin olunan Yılmaz 6 oyunda komandaya rəhbərlik edib. Bu matçlarda 2 qələbə qazanan “Beşiktaş” 4 dəfə uduzub.
 

0