[b]“Çelsi” Kurtuaya əvəzləyici tapıb[/b]
27.07.2018 - 20:18
[b]“Çelsi” Kurtuaya əvəzləyici tapıb[/b]

“Çelsi” Tibo Kurtuanın əvəzləyicisini tapıb. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, londonlular “Real”a transferi gündəmdə olan “çərçivə qoruyucusu”nu yerli qapıçı ilə əvəzləmək niyyətindədi.

 

Klubun bir neçə variantı olsa da, əsas diqqət İngiltərə millisinin üzvü Cordan Pikforda yönəlib. “Everton”un qapıçısını satmaq fikrində olmadığı, bütün gücü ilə onu heyətdə saxlamağa çalışması da iddialar arasındadı.

 

Bundan əlavə “Çelsi”nin “qısa list”ində İngiltərə millsinin digər üzvü Cek Batlend (“Stok Siti”) və “Lester”li Kasper Şmeyxel də var.