[b]"Çelsi" "Milan"dan 70 milyon avro tələb edir[/b]
27.07.2018 - 11:31
“Milan” Alvaro Moratanın transferi ilə bağlı “Çelsi” ilə danışıqları davam etdirir. Apasport.az saytının “Sky Italia”ya istinadən məlumatına görə, London klubu hücumçuya görə 70 milyon avro tələb etsə də, “rossonerilər” qiyməti endirməkdə qərarlıdılar.
Morata isə daha öncə “Yuventus” forması geydiyi İtaliya A Seriyasına qayıtmaq niyyətindədi.
İspan futbolçunun transferi baş tutmayacağı təqdirdə, “Milan” diqqətini Qonsalo İquain (“Yuventus”) və Radamel Falkaoya (“Monako”) yönəldəcək.
0
0