[b]"Çelsi" növbəti transferini açıqladı[/b]
26.07.2018 - 12:38
“Çelsi” İngiltərə millisinin sabiq qolkiperi Robert Qrini heyətinə qatıb. Apasport.az-ın klub saytına istinadən məlumatına görə, 38 yaşlı qapıçı ilə bir mövsümlük müqavilə imzalanıb.
Qrinin Tibo Kurtua və Villi Kabalyerodan sonra komandanın üçüncü qolkiperi olacağı gözlənilir.
Qrin ötən mövsümü “Haddersfild”də keçirsə də, rəsmi görüşlərin heç birində meydana çıxmamışdı. O, sonuncu dəfə 2017-ci ilin mayında “Lids”in heyətində forma geymək şansı əldə edib.
0
0