“Çelsi” onu “Yuventus”a qaytarır
13.10.2022 - 00:35
“Çelsi” icarəyə götürdüyü yarımmüdafiəçi Denis Zakariyadan narazıdır.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu 26 yaşlı futbolçunu qışda “Yuventus”a qaytarmaq istəyir.
Onun icarə müqaviləsi mövsümün sonuna qədər olsa da, yeni baş məşqçi Qremm Potter onun xidmətində maraqlı deyil. “Zadəganlar” “Yuventus”un hazırkı baş məşqçisi Massimiliano Alleqrinin yeni ilə qədər qovulmasına və yeni gələcək çalışdırıcının Zakariyanı qaytarmaq istəyəcəyinə ümid edir.
Qeyd edək ki, Denis Zakariya hələ ki, Premyer Liqada heç bir oyunda iştirak etməyib.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0