“Çelsi” Poçettinonu portuqaliyalı ilə əvəzləyəcək
27.02.2024 - 12:18
“Çelsi” Poçettinonu portuqaliyalı ilə əvəzləyəcək

Londonun “Çelsi” klubu komandanın baş məşqçisi Maurisio Poçettinonun işindən narazıdır.

Apasport.az "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, “təqaüdçülər” argentinalını əvəz edə biləcək mütəxəssis seçiblər.

Mənbənin məlumatına görə, İngiltərə klubu “Sportinq”in baş məşqçisi Ruben Amorimlə maraqlanır.

Komandanın nəticələri pisləşərsə, londonlular Paçettinonu portuqaliyalı ilə əvəz edəcək.

Poçettinonun yetirmələri İngiltərə Premyer Liqasında 20 komanda arasında 11-ci yeri tuturlar. London komandasının 25 oyundan sonra 35 xalı var.
 

0