[b]"Çelsi" "Yuventus"un iki oyunçusu ilə danışıqlar aparır[/b]
27.07.2018 - 10:54
[b]"Çelsi" "Yuventus"un iki oyunçusu ilə danışıqlar aparır[/b]

“Çelsi” “Yuventus”un üç oyunçusunu birdən heyətinə qatmaq istəyir. Apasport.az saytının “Corriere dello Sport”a istinadən məlumatına görə, London klubu təkcə Qonsalo İquaini yox, həm də Daniele Ruqani və Miralem Pyaniçi transfer etmək niyyətindədi.

 

“Çelsi”nin idman direktoru Marina Qranovskaya Pyaniç və Ruqaninin agenti Fali Ramadani ilə görüşmək üçün İtaliyadadı. Xanım funksionerin Turin klubunun rəsmiləri ilə bir araya gəlməsi də istisna edilmir.

 

Xüsusilə də Pyaniç “Yuventus”dan ayrılmaqda maraqlıdı. "Çelsi" ilə yanaşı, “Mançester Siti” və PSJ də onu heyətində görmək istəyir.