[b]“Çelsi”də baş məşqçi təyinatı rəsmiləşdi [/b]
14.07.2018 - 13:00
[b]“Çelsi”də baş məşqçi təyinatı rəsmiləşdi
[/b]

Maurisio Sarrinin “Çelsi”nin baş məşqçisi postuna təyinatı rəsmiləşib. Apasport.az xəbər verir ki, bunu klubun rəsmi saytı açıqlayıb.

 

59 yaşlı italiyalı mütəxəssis London klubu ilə 3 illik müqavilə imzalayıb. “Napoli”nin sabiq baş məşqçisi yeni postunda həmyerlisi Antonio Konteni əvəzləyib.

 

Qeyd edək ki, “Çelsi” ötən mövsüm İngiltərə kubokunu qazansa da, Premyer Liqada yalnız 5-ci olub.