“Çelsi”də yeni müqavilə
25.11.2022 - 22:55
“Çelsi”də yeni müqavilə

“Çelsi” futbolçusu Trevo Çaloba ilə yeni müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, mərkəz müdafiəçisi ilə anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Müqavilədə sonradan daha bir il müddətinə uzadılma bəndi də yer alıb. Çaloba “Çelsi”nin öz yetirməsidir.

O, icarə əsasında “İpsviç”, “Haddersfild” və “Loryan”da da çıxış edib. Oyun praktikasının azlığından narazı qalan Çaloba qışda klubunu dəyişmək istəsə də, yeni müqavilə imzalamağa üstünlük verib.

Qeyd edək ki, 23 yaşlı futbolçu cari mövsümdə 14 oyun keçirib.

0