[b]Çempiondan yeni transfer[/b]
26.07.2018 - 12:23
Ölkə çempionu “Araz” heyətinə yeni oyunçu cəlb edib. Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, ötən mövsümü “İtaldizain” klubunda keçirən Elşən İbrahimxəlilov yeni çempionata “Araz”la start verəcək.
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək Naxçıvan klubu bir futzalçını isə baxışa dəvət edib.
Rusiyanın “Sibiryak” klubunun əvəzedici komandasından Emin Mikayılov baş məşqçi Joze Alesio da Silvanın etimadını qazanmalıdı.
0
0