[b]Çempionlar Liqasında 4 komandadan biri [/b]
26.07.2018 - 12:00
[b]Çempionlar Liqasında 4 komandadan biri
[/b]

“Qarabağ” Çempionlar Liqasının cari mövsümündə qapısından qol buraxmayıb. Apasport.az saytının məlumatına görə, Sloveniya təmsilçisi “Olimpiya”nı mübarizədən kənarlaşdıran (1:0, 0:0) çempionumuz Albaniya “Kukesi”si ilə görüşdə (0:0) də qapısını toxunulmaz saxlayıb.

 

Cari mövsüm qitənin ən nüfuzlu turnirində meydana çıxan komandalardan 7-si qol buraxmayıb. Lakin bu klublardan üçü – “Ayaks”, BATE və Zaqreb “Dinamo”su mübarizəyə II təsnifat mərhələsindən start verib. Bu üzdən həmin klublar 1 qarşılaşma keçirib.

 

Digər 4 komanda isə 3 matçdı qol buraxmır. “Qarabağ”la eyni “dördlük”də yer alanlar Bolqarıstan “Lüdoqorets”i, İsveç “Malmö”sü və Serbiya “Srvena Zvezda”sıdı.

 

Etibarlı müdafiəsi olan bu komandaların vurduğu qol sayı fərqlidi. Bolqarıstan çempionu 9, isveçlilər 6, serbiyalılar isə 5 dəfə fərqlənibsə, “Qarabağ” cəmi 1 qola sevinib.

0