[b]Çempionlar Liqasının 54-cü iştirakçı bilindi[/b]
13.06.2018 - 10:32
[b]Çempionlar Liqasının 54-cü iştirakçı bilindi[/b]

2014-cü ilin avqustundan 2016-cı ilin mayına qədər futzal üzrə Azərbaycan millisinin və “Araz” klubunun baş məşqçisi olan Tino Perez İtaliya çempionu olub. Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, İtaliyanın “Akua e Sapone” komandasını çalışdıran təcrübəli mütəxəssis ölkəmizdən sonra növbəti titulunu qazanıb.

Onun rəhbərliyi altında komandası pley-off seriyasında “Luparense”ni qabaqlayıb. Bununla da Çempionlar Liqasında iştirak edəcək 54-cü komandanın adı dəqiqləşib.

Ümumilikdə 59 komandanın qalib adı uğrunda yarışacağı liqada 5 ölkəni - Türkiyə, Gürcüstan, İrlandiya, Farer adaları və Lixtenşteyni hansı komandanın təmsil edəcəyi hələ dəqiqləşməyib.

Qeyd edək ki, Azərbaycan çempionu “Araz” mübarizəyə əsas mərhələdən başlayacaq. Bu mərhələnin matçları oktyabrın 2-dən 7-dək keçiriləcək.