Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesovun taleyinə aydınlıq gəlib. Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqından (RFİ) məlumat verilib.
Bildirilir ki, rəhbərlik 54 yaşlı mütəxəssisin dünya çempionatındakı işindən məmnun qalıb və onunla yeni müqavilə bağlamaq qərarına gəlib. RFİ prezidenti Aleksandr Alayev müqavilənin detalları barədə sabah məlumat verəcəklərini söyləyib.
Qeyd edək ki, Stanislav Çerçesov 2016-cı ildən Rusiya yığmasını çalışdırır. Builki dünya çempionatında şimal qonşularımız 1/4 finala qədər irəliləmişdilər.