[b]Cüneyt Çakıra 5 milyon dollarlıq təklif[/b]
07.07.2018 - 17:28
Türkiyəli hakim Cüneyt Çakır sürpriz təklif alıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, təcrübəli referi karyerasını Çində davam etdirə bilər.
Belə ki, hazırda Rusiyada keçirilən dünya çempionatında iştirak edən Çakır mundialdan sonra Çinə köçə bilər. Bunun müqabilində 42 yaşlı hakimə ilinə 5 milyon dollar təklif edilib. Lakin Çakır hələlik təklifi cavablandırmayıb.
Qeyd edək ki, hazırda dünyanın ən güclü hakimləri arasında göstərilən Cüneyt Çakır mundialın final matçını idarə etməyə namizəddi.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0