[b]Dabo tələsmir, Abdullayevdə qeyri-müəyyənlik [/b]
12.06.2018 - 16:55
[b]Dabo tələsmir, Abdullayevdə qeyri-müəyyənlik
[/b]

Bu gündən Avropa Liqasının hazırlığına start verən “Qəbələ” transferlərdə səssizliyini davam etdirir. Apasport.az saytının məlumatına görə, hələlik yalnız icarədən qayıdanlarla kifayətlənən “qırmızı-qaralar”da hücumçu Baqali Dabonun da durumu qeyri-müəyyəndi.

 

Klub rəhbərliyi müqavilə müddəti başa çatan fransalı forvarda yeni sözləşmə təklif edib. Lakin 30 yaşlı futbolçu bunu cavablandırmaqda tələsmir. Buna səbəb onun “Neftçi” başda olmaqla, başqa təkliflərinin də olmasıdı.

 

“Anortosis”dən icarədən qayıdan Araz Abdullayevin də “Qəbələ”də qalıb-qalmayacağı bəlli deyil. Düzdü, milli komandamızın üzvünün klubla bu ilin sonuna qədər müqaviləsi qüvvədədi. Lakin futbolçu ayrılmaq istəsə, müəyyən təzminat qarşılığında yola salınacaq.

 

Qeyd edək ki, Filip Ozobiç, Ruslan Qurbanov, Elvin Məmmədov, Dion Malon və Vitali Vernidubla vidalaşıb, Yusif Nəbiyevi icarəyə verən “Qəbələ”də Dmitri Bezotosnı, Ürfan Abbasov, Elvin Camalov, Cavid Hüseynov, Asif Məmmədov, Aqil Məmmədov və Rasim Ramaldanov yeni sözləşməyə qol çəkiblər.