[b]“Dadaşovun oyununu bəyənirəm” – idman direktoru[/b]
26.07.2018 - 13:55
[b]“Dadaşovun oyununu bəyənirəm” – idman direktoru[/b]

“Toplanışın futbolçulara köməyi olur. Ancaq əsl səviyyəni göstərmək həmişə müəyyən vaxt alır”. Apasport.az saytının məlumatına görə, bunu “Proyssen” klubunun idman direktoru Malte Metzelder deyib.

 

Münster klubunun rəsmisi yerli mətbuata müsahibəsində komandasının yeni mövsümə hazırlığını dəyərləndirib. O, “Proyssen”in yayda heyətinə cəlb etdiyi futbolçular barədə də fikir bildirib.

 

Metzelderin ən çox bəyəndiyi simalardan biri Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovdu: “Yeni transferlərdən Nikolas Heydemanndan çox şey gözləyirəm. Bura uyğunlaşmaq onun üçün asan oldu. Çünki klubun aşağı yaş qrupundan çıxıb və buranı yaxşı tanıyır. Həmçinin Rüfət Dadaşovun da oyununu bəyənirəm. Çox yaxşı hücumçudu. Bu uşaqlar yavaş-yavaş inkişaf edirlər”.

 

Qeyd edək ki, Rüfət Dadaşov III Bundesliqa təmsilçisi olan “Proyssen”ə yay fasiləsində aşağı liqada çıxış edən “Dinamo”dan keçib.