[b]“Dalğa Arena”da məhsuldar heç-heçə - YENİLƏNİB[/b]
08.06.2018 - 20:51
[b]“Dalğa Arena”da məhsuldar heç-heçə

 - YENİLƏNİB[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun yetirmələri Macarıstanla yoxlama görüşündə qüvvəsini sınayıb.

 

Bir neçə gün əvvəl Qazaxıstanda yerli komanda ilə bərabərə qalan (1:1) U-21 yığmamız bu dəfə doğma azarkeşlər önünə çıxıb. Qarşılaşma “Dalğa Arena”da baş tutub.

 

Yığmamız bu dəfə də azarkeşlərini sevindirə bilməyib. Məhsuldar keçən qarşılaşma “sülh”lə başa çatıb.

 

Qonaqlar matçın ilk yarısında 2 cavabsız qol vurub. Fasilədən sonra millimiz penalti ilə fərqi azaltsa da, macarlar 3-cü qolu vurmaqda çətinlik çəkməyib.

 

Lakin məğlubiyyətlə barışmayan yığmamız yenilgidən qaça bilib. Komandamız 2 qol vurub və meydanı bərabərliklə tərk edib.

 

Yoldaşlıq görüşü

8 iyun

Azərbaycan (U-21) – Macarıstan (U-21) - 3:3

Qollar: Ehtiram Şahverdiyev, 49-p., Renat Dadaşov, 66, Anton Krivotsyuk, 71 - Qabor Makray, 28, Atilla Haris, 38, Matias Tayti, 50

Hakimlər: İnqilab Məmmədov, Knyaz Əmiraslanov, Cəmil Quliyev, Orxan Məmmədov

Bakı, “Dalğa Arena”

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sərtan Taşkın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 6. Qismət Alıyev, 13. Hacıağa Hacılı, 16. İsmayıl İbrahimli, 23. Ziya Əzizov, 17. Ozan Can Kökcü, 9. Fəhmin Muradbəyli, 7. Ehtiram Şahverdiyev

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 22. Abdulla Seyidəhmədov, 25. İbrahim Hüseynov, 28. Şakir Seyidov, 5. Elvin Sərkərov, 11. Fərid Nəbiyev, 8. İlkin Muradov, 18. Murad Mahmudov, 10. Renat Dadaşov, 27. Toral Bayramov, 26. Amin Seydiyev, 20. Ömər Buludov

Baş məşqçi: Rəşad Sadıqov

Macarıstan: 1. Adam Zima, 2. Bense Pavkovics, 3. Atilla Şalay, 5. Akos Keskes (k), 6. Giorgi Hursan, 7. Matias Tayti, 8. Atilla Haris, 9. Norbert Kundrak, 14. Kristof Hinora, 16. Bense Bano-Şabo, 17. Qabor Makray

Ehtiyat oyunçular: 12. Tot Balaş, 4. Norman Şabo, 10. Bense Şabo, 11. Andres Şafer, 13. Bense Georgi, 15. Peter Peter Forqaş

Baş məşqçi: Mixael Boris