[b]“Danışıqlar davam edir” – “Keşlə”nin futbolçusu [/b]
12.06.2018 - 14:53
[b]“Danışıqlar davam edir” – “Keşlə”nin futbolçusu
[/b]

Yay transfer dönəminin ən fəal komandalarından olan “Keşlə” daha bir futbolçusu ilə danışıqları davam etdirir. Apasport.az saytının məlumatına görə, söhbət yarımmüdafiəçi Ebrima Sohnadan gedir.

 

Əksər futbolçuları ilə yeni müqavilə bağlayan paytaxt təmsilçisində qambiyalı orta sahə oyunçusunun aqibəti qeyri-müəyyəndi. 30 yaşlı futbolçu əməkdaşımızla söhbətində danışıqların davam etdiyini bildirib: “Gələcəyimlə bağlı hələ heç nə müəyyənləşməyib. Danışıqlar davam edir. Gözləmə mövqeyindəyəm, bu işlərə menecerim baxır. O isə “Keşlə” rəhbərliyi ilə bu məsələləri müzakirə edir”.

 

Qeyd edək ki, “Keşlə”yə bu ilin yanvarında Finlandiya klubu VPS-dən keçən Ebrima Sohna Topaz Premyer Liqasında 11 oyun keçirib.