Azərbaycan millisi bu gün - iyunun 9-da Latviya yığması ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Riqadakı görüş komandamızın bu tarixdə keçirəcəyi 3-cü matç olacaq.
Belə ki, yığmamız 26 illik tarixində yalnız iki dəfə iyunun 9-da meydana çıxıb. Lakin bu gün millimiz üçün uğursuz alınıb.
Komandamız bu tarixdə keçirdiyi hər iki görüşdə darmadağınla üzləşib. 1999-cu ildə AVRO-2000-in Buxarestdəki seçmə oyununda Rumıniya millisi qonaqların qapısından 4 cavabsız qol keçirib.
10 il sonra isə Avropa çempionu Bakıya qonaq gəlib. İspaniya millisi yoxlama oyununda daha amansız olub və yığmamızın qapısına 6 cavabsız qol vurub.