[b]DÇ-2018: Daha bir ölkə Rusiyaya gəldi[/b]
08.06.2018 - 00:01
[b]DÇ-2018: Daha bir ölkə Rusiyaya gəldi[/b]

DÇ-2018-in başlamasına sayılı günlər qalmış daha bir mundial iştirakçısı Rusiyaya gəlib. Apasport.az saytının məlumatına görə, dünya çempionatı üçün şimala yollanan ikinci ölkə İspaniya olub.

 

Bu barədə İspaniya Futbol Federasiyasının rəsmi tvitter hesabı xəbər yayıb. Bildirilib ki, komanda bu gün məskunlaşacağı Krasnodara çatıb.

 

Mundial üçün Rusiyaya gələn ilk ölkə İran olmuşdu.

 

Qeyd edək ki, İspaniya millisi B qrupunda Portuqaliya, Mərakeş və İranla mübarizə aparacaq.