[b]DÇ-2018: Fransa millisində itki[/b]
10.06.2018 - 14:35
Fransa yığması itki ilə üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hücumçu Olivye Jiru sıradan çıxıb.
Hadisə ABŞ-la keçirilən yoldaşlıq görüşündə baş verib. Belə ki, qarşılaşmanın 58-ci dəqiqəsində rəqibi ilə toqquşan Jirunun başı qanayıb. Nəticədə həkimlər onun başına 6 tikiş qoyublar. Məhz bu zədə ucbatından Jiru yerini Usman Dembeleyə verib. Ulduz futbolçunun beyin silkələnməsi keçirdiyi istisna olunmur.
Qeyd edək ki, Fransa – ABŞ matçı 1:1 hesabı ilə başa çatıb.
0
0