[b]DÇ-2018: Kim bombardir ola bilər?[/b]
11.06.2018 - 15:45
[b]DÇ-2018: Kim bombardir ola bilər?[/b]

Rusiyada keçiriləcək dünya çempionatında yenə əsas diqqətlər hücumçulara yönələcək. Apasport.az saytının məlumatına görə, indiyədək keçirilən mundiallarda ən çox qol vuranlar karyeralarını bitirdiklərindən yeni adlar peyda ola bilər.

 

Lakin Rusiyada meydana çıxacaq forvardların bombardirlər siyahısına rəhbərlik etmək şansı demək olar ki, çox azdı. Çünki rekordun hazırkı sahib Miroslav Kloze (Almaniya) karyerasını davam etdirənlər üçün bir növ əlçatmaz görünür. İlk “22-liy”in ən azı 9 dəfə fərqləndiyini nəzərə alsaq, Tomas Müller (Almaniya) bir qədər şanslıdı. O, həmyerlisini və sabiq komanda yoldaşını qabaqlamaq üçün 7 qola imza atmalıdı.

 

 

Futbolçu (ölkəsi)

Qatıldığı mundiallar

Qol sayı

Miroslav Kloze (Almaniya)

2002, 2006, 2010, 2014

16

Ronaldo (Braziliya)

1998, 2002, 2006

15

Qerd Müller (Almaniya)

1970, 1974

14

Jyust Fonten (Fransa)

1958

13

Pele (Braziliya)

1958, 1962, 1966, 1970

12

Yurgen Klismann (Almaniya)

1990, 1994, 1998

11

Şandor Koçiş (Macarıstan)

1954

11

Qabriel Batistuta (Argentina)

1994, 1998, 2002

10

Qari Lineker (İngiltərə)

1986, 1990

10

Helmut Ran (Almaniya)

1954, 1958

10

Teofilo Kubillas (Peru)

1970, 1978

10

Qjeqoj Lato (Polşa)

1974, 1978, 1982

10

Tomas Müller (Almaniya)

2010, 2014

10

Jairzino (Braziliya)

1970, 1974

9

Karl-Haynts Rummeniqqe (Almaniya)

1978, 1982, 1986

9

Uve Zeeler (Almaniya)

1958, 1962, 1966, 1970

9

Roberto Bacco (İtaliya)

1990, 1994, 1998

9

Paolo Rossi (İtaliya)

1978, 1982

9

Kristian Vyeri (İtaliya)

1998, 2002

9

Eysebio (Portuqaliya)

1966

9

Vava (Braziliya)

1958, 62

9

David Vilya (İspaniya)

2006, 2010, 2014

9